Cəmiyyət

Məktəb oxumadan sürücülük vəsiqəsi almaq mümkündürmü?

30 Avqust 2012 17:42
7 Şərh     Baxış: 64 231
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az-ın Day.Az saytına istinadən xəbərinə görə, oxucu sual verir ki, avtomobil məktəbi oxumadan sürücülük vəsiqəsi almaq mümkündürmü?

"Əgər bu mumkündürsə, bunu necə etmək olar?" - oxucu məktubunda sual verib.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb.

Onun sözlərinə görə, sürücülük hüququ əldə etmək istəyənlər müstəqil şəkildə imtahanlara hazırlaşa bilərlər. Avtomobil məktəbi oxumadan yalnız "А1", "А", "B" kateqoriyalı sürücülük vəsiqəsi almaq olar. Digər kateqoriyalı vəsiqələr almaq üçün məktəb oxumaq mütləqdir.
 
K.Əliyev deyib ki, imtahana müstəqil hazırlaşanlar Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) ərizə ilə müraciət etməlidirlər.

İmtahan vermək üçün aşağıdakı sənədlər tələb olunur: BDYPİ-nə ərizə, nəqliyyat vasitəsi idarə etmək üçün yararlı olmağı təsdiq edən tibbi arayış, şəxsiyyət vəsiqəsi və dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbz.
 
Bu sənədlər təqdim olunduqdan sonra, imtahan vaxtı təyin olunur. Əgər vətəndaş birinci dəfə imtahandan keçə bilmirsə, ona ikinci şans yaradılmır. İkinci dəfə imtahan verə bilmək üçün mütləq müvafiq məktəblərdə oxumaq lazımdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.