Şou-biznes

"Heç kim şoka-zada düşməsin, Cavanşirlə uzun illər..."

29 Mart 2017 13:04
11 Şərh     Baxış: 22 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist, müğənni Cavanşir Məmmədovun "Firuzə İbadova ilə sevgili olmuşam" sözlərinə qarşı tərəf reaksiya bildirib.

Milli.Az bildirir ki, yeniçağ.az-a açıqlama verən F.İbadova C.Məmmədovun fikirlərini gülüşlə qarşılayıb:

"Cavanşir mənə həmişə arxa, dost, qardaş, ata olub. Onunla aramızda qadın-kişi sevgisi yaşanmayıb. Əgər Cavanşirlə sevgili olsaydım, çoxdan bu münasibət bitərdi, bu olarda "işdə məhəbbət macərası". Biz uzun illər onunla eyni səhnəni bölüşmüşük, dostluq etmişik. Çünki insanlar arasında belə münasibətlər çox yaşanıb, axırda da ya pul, ya da başqa şeylər üstündə ayrılıblar. Cavanşir məni sənət dostu kimi çox istəyir, xəta eləməyib ki, deyib Firuzəni çox istəyirəm. Heç kim şoka-zada düşməsin. Mən indiyə qədər sizlərin gözündə ucalıqda olmuşam, yenə də o ucalıqda qalacağam".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.