Şou-biznes

"Lalə Məmmədova paltar toxuyurdu, sənətə gətirdim..." - FOTO

22 İyul 2016 22:31
20 Şərh     Baxış: 12 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, ATV.az-ın budəfəki müsahibi bir zamanlar "Karvan" qrupunun solisti kimi tamaşaçı kütləsi qazanan, son vaxtlar isə efirlərdə az-az görünən İlqar Xəyal və əməkdar artist Lalə Məmmədovadır.

İlqar Xəyaldan efirdən uzaq düşməsinin səbəbini öyrəndik. O, məsələyə aydınlıq gətirdi: 

"Efirlərdə görünmək naminə hər verilişə getmirəm. Qalmaqal olan verilişlərdən uzağam. Sənətimlə, imicimlə, tamaşaçı sevgimi qazanmışam. Qazandığım bu sevgi mənə ömrümün sonuna kimi bəsdir. Dəvət aldığım verilişlərdə tərəf müqabilimin kim olmasını mütləq öncədən öyrənirəm. Vaxtı ilə çox səhvlər etmişəm, indi o səhvləri düzəltməyə çalışıram. "Tufanla oynama" mahnısından sonra bir çox mahnılar ifa etdim. Müğənninin hər mahnısı "tutuzdura" bilmir. Bu gün mənə çox bəstəkarlar mahnılar təklif edirlər. Mahnılarımın  sevilməsi üçün əlimdən gələn edirəm. Ən yaxşı bəstəkar və aranjimanlarla işləyirəm. Ən çox klipi olan müğənni demək olar ki, elə  mənəm".

llqar Xəyal efirlərdə az-az görünməyinin əsas səbəbini yaşı ilə əlaqədar olduğunu da bildirdi:

"Son zamanlar yaşımla əlaqədar efirlərdə özümü görəndə məyus oluram. Fotogenik insan deyiləm. Ona görə şəkil çəkdirməyi, kamera qarşısında olmağı sevmirəm. Xarici görünüşümü sevmirəm"

"İlqar bəy özünüzü sənətkar adlandırırsınız" - sualına Lalə Məmmədova  cavab verdi:

"Əsl sənətkarlar nələrə qadir olduğunu heç vaxt bildirmir. Əsl sənətkarlar sadə olur, İlqar Xəyal kimi. İlqar Xəyala bağışlamayacağım bir şey var ki, o da onun sənətdən uzaq düşməyidir. Vaxtı ilə özünü "öldürən" pərəstişkarları, indi az-az görünməyinin səbəbini ondan soruşacaqlar. İlqarın xüsusi səs-idarə etmə qabiliyyəti var. İlqar adını Azərbaycan estrada tarixinə yazmış ifaçıdır".

Lalə Məmmədovanı bu sənətə gətirən İlqar Xəyal olub. Müsahibə əsnasında o bu etirafı etdi: Əvvəllər oxusam da, amma pul qazana bilmirdim. Maddi vəziyyətim çətin olub. Bu sahədə pul qazanmağıma İlqar Xəyal dəstək olub. Restoranların birində oxuyurdum, İlqar səsimi bəyəndi və mənə oxumağımda dəstək oldu"

"Lalə Məmmədovan bu sənətə gəlməmişdən əvvəl paltar toxuyudu", bunu İlqar Xəyal müsahibə əsnasında etiraf etdi:

"Paltar toxuyurdu. Restoranların birində Lalənin oxumasını bəyəndim. Səsini bəyəndiyimi və bu sənətlə məşğul olmasını dedim. Lalə əvvəlcə alınmaz deyə tərəddüd etsə də, sonra razılaşdı. Beləliklə, Laləyə restornlarda oxumaq üçün təkliflər gəldi".

Lalə Məmmədovanın qızının mahnı oxumasına da fikir bildirdi:

"Bir mahnı oxuyub. Onu da özü üçün oxuyub. Səsi olsa, dəstək olaram".

Həyat yoldaşından boşanan müğənni "yenidən ailə qurmaq fikriniz varmı" sualına zarafatla belə  cavab verdi:

"38 yaşım var. "Hamının gözü kor olub, görmürlər məni". Qismətdir, günlərin birində həyatıma elə bir sevgi gələ bilər ki, vaz keçə bilmərəm".

2 uşaq anası olmasına baxmayaraq,  daima formada necə qalmağının sirrini oxucularla paylaşdı: "Hər gün bolluca su içirəm. Xüsusilə, hər səhər və yeməkdən əvvəl. Çörək və şirniyyatdan imtina etmişəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.