Şou-biznes

İlhamə Quliyevanın mahnılarına göz dikənlər

3 Mart 2016 18:12
17 Şərh     Baxış: 5 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişəndən sonra sənət aləminin tanınmış simaları onun mahnılarına göz dikiblər. 

Axşam.az-ın məlumatına görə, müğənni sağlığında oxuduğu bəstələri heç kimə qıymırdı. 

Onun mahnıları ilə bağlı ilk açıqlamanı əməkdar artist Röya Ayxan verib. Müğənni xalq artistinin dəfn mərasimində onun mahnılarını silsilə şəkildə oxuyacağını deyib:

"Mənə onunla mahnı yazdırmaq qismət olmadı. Hər ay danışdıq, vaxt edə bilmədik. Amma söz verirəm ki, o mahnıları yazdırıb, bir-bir təqdim edəcəm".

Müğənni Nadir Qafarzadə də açıqlamasında İ.Quliyevanın mahnısını oxuyacağını, hətta virtual duet hazırlayacağını deyib:

"Həmişə deyirdik ki, duet oxuyaq, amma imkan edə bilmədik. İlhamə xanımın "Sən məni unuda bilməzsən" mahnısını duet kimi hazırlayacam. Elə gözəl edəcəm ki, virtual duet olduğu hiss olunmayacaq. Eyni zamanda onun silsilə mahnılarını oxuyacam. Bu bəstələr ölməməlidir".

Müğənni Xatun Əliyeva da xalq artistinin bir mahnısını oxuyacağını bildirib. O, xalq artistindən sağlığında icazə aldığını söyləyib:

"Mənə bir mahnı hədiyyə edib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.