Şou-biznes

Elza Seyidcahan türk serialını məhkəməyə verir - VİDEO

14 İyul 2015 14:42
Baxış: 12 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Star" telekanalında yayımlanan "Çilek kokusu" serialının musiqisinin oğurluq olduğu ortaya çıxıb. 

Axşam.az-ın məlumatına görə, mahnı ötən il təmsilçimiz Elvin Ordubadlının Tatarıstanda keçirilən "Türkvision" müsabiqəsində səsləndirdiyi "Devlerin yalnızlığı"nın eynisidir. 

Bəstənin müəllifi, əməkdar artist Elza Seyidcahan məsələ ilə bağlı açıqlama verib. O, filmin yaradıcı heyətini məhkəməyə verəcəyini bildirib: 

"Mahnımı oğurlayıblar. Bununla bağlı məhkəməyə müraciət etməyə hazırlaşıram. Mahnıdan istifadə etsinlər, amma niyə müəllifin adı qeyd olunmur? Ya mənə təzminat ödəyəcəklər, ya da müəllif hüquqlarımı qoruyacaqlar. Türkiyəli yazar Ayşe Birgül Yılmazla əlaqə saxlayıb mahnını ona göndərdim. O da təsdiqlədi ki, mənim bəstəmin eynisidir. Bu işlərdə mənə kömək edəcək". 

E.Seyidcahan "Devlerin yalnızlığı" mahnısının bir çoxlarının diqqətini çəkdiyini deyib: 

"Biz Tatarıstanda olanda müsabiqəyə qatılan bütün münsiflər mahnıya heyran qalmışdılar. Müxtəlif ölkələrdən gələn qonaqlar hamısı bəstənin kimə aid olduğunu soruşurdu. Çox maraqlı musiqisi var. Elvini yarışda səkkizinci edən də mənim bəstəm oldu. 24 ölkənin TMB telekanalının rəhbərləri bilirlər ki, bu, Elza Seyidcahanın mahnısıdır".

Videoları izləmək üçün şəkillərə klikləyin.


фото

фото

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.