10 yaşlı azərbaycanlı qız dünyaca məşhur, livanlı müğənni Nensi Ajramı heyrətə gətirib.
Milli.Az aznews.az-a istinadən bildirir ki, müğənni bu barədə özünün instagram səhifəsində yazıb:
"Bu Arzudur. Azərbaycandan olan yüksək talantlı 10 yaşlı qız. Biz onu "BeTheStar" yarışması zamanı tanıdıq. Arzunun təbii talantı o qədər təsir etdi ki, mən onu öz qanadlarım altına aldım. Bu qızı diqqətdə saxlayın, gözünüz onda olsun. Arzu sadəcə möhtəşəmdir".
Qeyd edək ki, Arzu Abbasova adlı həmyerlimiz "BeTheStar" yarışmasına qatılmaqla Nensi Ajramın diqqətini çəkib. Bu arada Arzu bu gün doğum gününü qeyd edir. Qeyd edək ki, Nensi Ajram 16 may 1983-cü ildə Livanın paytaxtı Beyrutda anadan olub. Nensi hələ uşaq yaşlarında ikən atasının dəstəyi ilə oxumağa başlayıb və 15 yaşında özünün ilk albomunu buraxıb.
Nensi Ajram UNİCEF-in xoşməramlı səfiridir. O, Coca-Colanın Yaxın Şərq və Ərəb Dünyasında ilk və yeganə qadın sponsoru və sözçüsüdür. Çoxlarının fikrincə Ərəb musiqisinin ikonası hesab olunan Nensi, The Oprah Winfrey Show-da Yaxın Şərqin ən nüfuzlu şəxslərindən biri kimi təqdim olunur. Nensi dəfələrlə Ərəb Biznesinin Ən Güclü Ərəbləri siyahısını tərtib edib və eləcə də Newsweek tərəfindən Ən Nüfuzlu Ərəblərdən biri kimi qeyd olunub. Nensinin rəsmi facebook səhifəsi sosial şəbəkədə ən çox izləyicisi olan ərəb qadın müğənnisi səhifəsidir. Ərəb Dünyasında ilk dəfə 3 milyonu keçən səhifənin hal-hazırda izləyici sayı 16 milyondan çoxdur. Nensinin 2010-cu ildə çıxan "Fi hagat" klipi internet fenomeni olub. İnternetdə ən çox baxılan bu ərəb video klipi qısa zaman içində Youtubeda ilk dəfə 31 milyon izlənmə sayını keçib.
Milli.Az





