Şou-biznes

Fərda Xudaverdiyevin həbs xəbəri yayıldı

23 May 2015 18:14
15 Şərh     Baxış: 12 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış aktyor: "Borcum vardı, 2 ay bundan qabaq ödəmişəm, bundan artıq heç nə demək istəmirəm"

Tanınmış aktyor Fərda Xudaverdiyev bir müddət əvvəl Bakıdan çıxmaq istəyərkən saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Aktyor anspress-ə açıqlamasında bildirib ki, heç kim onu saxlamayıb. Onun sözlərnə görə, hazırda heç bir borcu da yoxdur.

"Bunanla bağlı mənə çox zənglər olub. Yayılan məlumatlar əsassızdır. Məni heç kim saxlamayıb. Borcum vardı, 2 ay bundan qabaq ödəmişəm. Bundan artıq heç nə demək istəmirəm", - deyə Fərda Xudaverdiyev bildirib.

Qeyd edək ki, tanınmış aktyor Fərda Xudaverdiyev bir müddət əvvəl Bakıdan çıxmaq istəyərkən saxlanılması barədə məlumatlar yayılıb. Hadisə şahidlərinin anspress-ə verdikləri məlumata görə, onun külli miqdarda borcu olub. Bu səbəbdən də, onun ölkədən çıxmasına qadağa qoyulub.

Fərda Xudavrdiyev Heydər Əliyev adına Hava Limanında olarkən saxlanılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.