Şou-biznes

Faiq Ağayevdən Cavan Zeynallıya sərt cavab: "Ağıl istəyirsənsə…" - FOTO

21 Oktyabr 2014 15:55
4 Şərh     Baxış: 2 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış cazmen Cavan Zeynallı xalq artisti Faiq Ağayev barədə tənqidi fikirlər səsləndirib

Cazmen kult.az-a müsahibəsində xalq artistini ağıllı hesab etmədiyini bildirib:
""Lya-lya"nı hər kəs bacarır. Bunu isə hər adam bacarmır. Bilirsiniz, insan nə qədər bacarıqsız, nə qədər istedadsızdırsa, bir o qədər gözəl natiqlik qabiliyyətinə malik olur. Baxırsan görürsən ki, axmağın biridir, amma danışmağı super. Niyə belədir? Nə qədər adam mənə deyib ki, "Faiq Ağayev bilirsiniz nə qədər ağıllıdır? O, gözəl danışır. Faiq Ağayev çox ağıllıdır...". Nəyi ağıllıdır, onu mən bilmirəm! Ağlı nəyindədi?"
 
Xalq artisti Faiq Ağayev isə öz növbəsində, bu məsələyə cavab verib. Publika.az xəbər verir ki, amma daha üstüörtülü formada:
"Tampamısansa, o demək deyil ki, yoxdur. Var, 100 % var. Hər şey asanlıqla baş vermir ki, bu həyatda.  Ağıl istəyirsən, məktəb, bədən istəyirsənsə, idman və sair.  Yəqin, dərd bölüşəcəyini də tapmaq üçün, sadəcə, vaxt lazımdır, hə?"

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.