Şou-biznes

Mətanətdən müğənniyə mesaj: "İstəyir, efirə paltarsız çıxsın"

29 Sentyabr 2014 14:13
34 Şərh     Baxış: 8 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az ATV-də yayımlanan "Gündəlik" verilişinin aparıcısı Mətanət Əliverdiyeva publika.az-a müsahibəsinı təqdim edir
- Mətanət xanım, əməkdar artist Gülyaz Məmmədova mətbuata müsahibəsində sizdən incidiyini bildirib. Deyib ki, dəvətinizi qəbul edib verilişinizə gəlmədiyi üçün onu "zövqsüz" adlandırmısınız. Doğrudanmı, belədir?

- Mən heç kimi verilişimə yalvarıb çağırmıram. Müğənnilər özləri yalvarıb gəlirlər. Gülyazın gəlib-gəlməməyinin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Ondan da dəyərli, ondan da gözəl səsli müğənnilər var. Fikrimdə də qalıram: bu insan zövqsüzdür, rəngləri bir-birinə tutuşdura bilmir.
 
- Deyib ki, ondan üzr istəməlisiniz...

- O kimdir ki, ondan üzr istəyim? Heç dəxli var?!
 
- Həmin müsahibədə zövqsüzlükdə ittiham edilirsiniz

- Gəlsin tutuşdursun görək. Hər halda, mən rəng çalarlarımı uyğunlaşdıra bilirəm, daltonik deyiləm. Onların çox gözəl səsləri var. Amma mən niyə üzr istəməliyəm? Cinayət törətmişəm? Bu, mənim fikrimdir. Mətanət heç vaxt dönmür e. Mən öz fikrimi bildirmişəm, o da öz fikrini deyib. Qarışqanı böyüdüb fil elədi. Mən elə insanlara hörmət qoymuram, daha əhəmiyyətli işlərim var. İstəyir, efirə paltarsız çıxsın, mənimçün fərqi yoxdur. Gülyaz məsələni çox şişirtdi.  Gəlmir, dünəndən gəlməsin. O gəlməsə, Mətanətin verilişi getməyəcək?
 
- Bəziləri düşünürlər ki, siz radioda daha uğurlu aparıcı idiniz. Və daha yaxşı qəbul olunurdunuz. Özünüz necə hesab edirsiniz?

- Mən həm radiodayam, həm televiziyada. Bu dəqiqə desələr ki, çıx, futbol şərh elə, hazıram. Düşünmürəm ki, aparıcı kompleksli olmalıdır. Aparıcı hərtərəfli olmalıdır. Ona görə də rəhbərlik məni bu işdə görür. Kim xoşlamırsa, baxmasın. Bu dəqiqə reytinqlərdə yüksək yerlərdəyəm. Reytinq olmasa, mənə heç kim baxmaz. Mən nəyəmsə, oyam, saxta deyiləm.
 
- "Kim istəmir, baxmasın" demək sərt səslənmədi ki?

- Tamaşaçı baxır da mənə. Kimin xoşu gəlir baxır, xoşu gəlməyən baxmır. Biz elə veriliş hazırlayırıq ki, bütün təbəqələri əhatə eləsin. Bu gün axşam mövzumuz birinci siniflərin çantalarının ağırlığı ilə bağlıdır...
 
- Bəzən efirdə qonaqlarınıza qarşı çox sərt olursunuz.

- Qətiyyən sərt deyiləm. Əgər sərt olsam, qonaqlarım verilişimə gəlməzlər. Hər kəs mənim  mövqeyimi bilir. Kimsə düz sözü sərtlik kimi qəbul edirsə, özü bilər. Mən fərqli bir insanam, xoşları gəlmir, qəbul etməsinlər.

- Efirdə kompleksiniz yoxdur.

- Əndazədən çıxmamaq şərti ilə komplekssizəm. Məsələn, açıq-saçıq geyinmək mənlik deyil. Səhnədə dombalaq aşım və sair. Efir bunları istəyir. Baxsınlar xarici kanallara, aparıcıların hamısı yaşlı insanlardır. Elə uzağa getməyək, "Bəyaz Şou"nun aparıcısı Bəyazıt Öztürkün yaşı 40-ı keçib, amma kompleksi yoxdur və tamaşaçı da bunu normal qəbul edir. Özümü onlara oxşatmıram. Heç kim xasiyyətimi dəyişə bilməz. Mən düşmənimə də salam verən insanam. Avtobusa minəndə də sürücüyə salam verirəm, məəttəl qalır.
 
- Hərbi veriliş apara bilərsiniz? Məncə, həm də bu bir ilk olar.

- Çox istərdim ki, hərbi veriliş aparım. Mən müharibəyə getmək istəyirdim. Atam qarşımı kəsdi, qarşımda diz çökdü. Çox dəlisovam, beynimə girəni edənəm.
 
- Səhv etmirəmsə, yoldaşınız da hərbçidir...

- Bəli, yoldaşım cəbhə bölgəsində qulluq edib. 27 il xidmət edəndən sonra ehtiyata buraxılıb. Ehtiyatda olan polkovnik-leytenantdır. Böyük oğlum da cəbhə bölgəsində xidmət elədi. İki oğul  böyüdürəm. Uşaqlarımın cəsur olmaları üçün çalışıram.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.