Şou-biznes

Müğənni Röya həyəti abadlaşdırır - FOTO

3 May 2014 19:04
4 Şərh     Baxış: 6 432
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur müğənni Röya Ayxanın yeni fotoları yayılıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, sosial şəbəkələrin aktiv istifadəçisi olan ifaçı, oğlu Hüseynlə birlikdə olan yeni şəkillərini İnstagram səhifəsində paylaşıb. Paytaxtda havalar istiləşən kimi bağa üz tutan Röya qısa şortla kamera qarşısına keçib.

İzləyiciləri üçün tez-tez şəkil paylaşan müğənni, oğlu ilə birlikdə həyətdə iş görərkən çəkdirdiyi görüntülərini sosial şəbəkəyə yükləyib. İfaçı fotolara, "Həyətimizdə abadlıq işləri: bu gün bizə düşüb" yazaraq şərh verib.

Xatırladaq ki, Röya Ayxan ötən gün məzəli şəklini paylaşmışdı. Özünə qulluq etməyi sevən ifaçı üzündə maska olan zaman selfi çəkdirib paylaşmışdı. Daha sonra isə həmin şəkili şəxsi İnstagram səhifəsində yerləşdirib və maraqlı şərh bildirib: "Özüm qorxdum deyə, sizi də qorxutmaq qərarına gəldim".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.