Şou-biznes

Mətanət İsgəndərlinin toyu gözüyaşlı tərk etməsindən Nazpəri Dostəliyeva danışdı - YENİLƏNİB

16 Aprel 2014 12:10
6 Şərh     Baxış: 5 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
12:10

"Mətanət İsgəndərli sənət dostumuzdur və onunla aramızda heç bir münaqişə olmayıb". Bunu AzNews.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib.

N. Dostəliyeva bildirib ki, Ramal İsrafilovun toyunda M. İsgəndərli ilə bağlı hər hansı narahatlıq yaşanmayıb. Əksinə məclis mehribanlıq şəraitində keçib: "Toydan şəkillər də var. Çox gözəl məclis oldu. Heç vaxt belə rahat, sərbəst toyda olmağım yadıma gəlmir. Mehriban şəkildə oxuduq, oynadıq və evimizə dağılışdıq. Mənim belə şeydən xəbərim yoxdur və bunu kimin uydurduğunu da bilmirəm".

Qeyd edək ki, müğənni Ramal İsrafilovun toyunda, sənətçi Mətanət İsgəndərlinin eyni masa ətrafında yer alan Nazpəri Dostəliyeva və Könül Kərimovadan incidiyi bildirilir. Nazpəri Dostəliyevanın Könül Kərimovadan onunla şəkil çəkdirməsini istəməsi həmin masa arxasında əyləşən digər xanım sənətçi Mətanət İsgəndərlinin onlardan inciməsinə səbəb olub. Bundan inciyən M. İsgəndərli "Keçmişinizi, deyəsən, unutmusunuz. Hamınızın yadına salaram", - deyərək əsəbi şəkildə, ağlayaraq toyu tərk edib.

X X X

Xalq artisti Nazpəri Dostəliyeva Aktual.az-a açıqlamasında toydakı hadisələrin şişirdilmiş şəkildə mətbuata çatdırıldığını açıqlayıb:

"Mətanətin haqqında gəzən söz-söhbətlər son vaxtlar onu gərgin edib.

Mən insan kimi onu anladım. Biz Könül ilə şəkil çəkdirirdik, o da incidi, istədi birlikdə şəkil çəkdirək.

Münasibətimiz yaxşı olmasaydı, belə ərk edib inciməzdi. Yaradıcı adamlar əhval-ruhiyyə adamı olurlar.

Mən burada qəbahət görmürəm. İnsanıq, xırda inciklik hamıda olur. Qaldı ki, mətbuatda yazıldığı kimi söz-söhbət olmayıb".

N. Dostəliyeva hər iki sənətçinin - Könül Kərimova və Mətanət İskəndərlinin gözəl sənətçi və insan olduqlarını qeyd edib.

---------
11:16

"Gərək heç kim keçmişini unutmaya".

Bu sözləri Mətanət İsgəndərli "axar.az"a Ramalın toyunu ağlayaraq tərk etməsinə aydınlıq gətirərkən dedi:

"Mən bu haqda danışmaq istəmirəm. Bəli, inciklik olub, lakin xanım müğənnilər mənim doğru anlamadığımı dedilər. Güya yalnış anlaşılma olub. Nə deyim, sadəcə onu deyə bilərəm ki, gərək heç kim keçmişini unutmaya".
 
Qeyd edək ki, Ramal İsrafilovun toyunda, müğənni Mətanət İsgəndərli eyni masa ətrafında yer alan Nazpəri DostəliyevaKönül Kərimovadan inciyib. Belə ki, Nazpəri xanım Dostəliyevanın Könül Kərimovadan onunla şəkil çəkdirməsini istəməsi həmin masa arxasında əyləşən digər xanım sənətçi Mətanət İsgəndərlinin onlardan inciməsinə səbəb olub.

"Mənlə niyə şəkil çəkdirmirsiniz?" - deyə soruşan Mətanət xanımla digər iki xanım sənətçi arasında söz davası yaranıb. Bu olaydan gözləri dolan Mətanət İsgəndərli "Keçmişinizi, deyəsən, unutmusunuz. Hamınızın yadına salaram", - deyərək gözüyaşlı şəkildə toyu tərk edib.

Xatırladaq ki, son günlər Mətanət İsgəndərlinin narkoman olduğu iddiası gündəmdən düşmək bilmir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.