Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Üzeyir Mehdizadə: "Kimdir səviyyəsiz?" - FOTO
24 Yanvar 2014 14:42
10 Şərh
Baxış: 54 073
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az lent.az-a istinadən müğənni Üzeyir Mehdizadənin müsahibəsini təqdim edir.
"Atam müğənni olmağımı istəmirdi. Sonralar, daha dəqiq desək, indi-indi qəbul edir. Amma qalmaqal görəndə əvvəlki fikrinə qayıdır, "oğlum, bəlkə, sənətini dəyişəsən?", ya "çıxma efirə, ya da bu söz-söhbətlər olmasın, oxuyursan, oxu özün üçün" deyir. Müsahibim Üzeyirdi. Atasının etirazlarına rəğmən müğənnilik edən Üzeyir Mehdizadə.
- 1989-ci il dekabrın 24-də Sumqayıtda ziyalı ailəsində dünyaya gəlmişəm. Atam məni başqa sahədə görmək istəyirdi. Amma qismət elə gətirdi ki, bu sahəni seçdim. Düzdür, bu istəyim mənə baha başa gəldi, tənqidlərə tuş gəldim.
- Birdən-birə tanınmağının sirri?
- Məni tanıdan ilk əvvəl ağlım, daha sonra musiqilərim oldu. Bunun üçünsə mənə o qədər də pul lazım olmadı. Uğurlarımın ilk səbəbi isə həvəsdən düşməməyimdir. Baş işlədi. (gülür) Yaradıcılığımda yeniliklər oldu deyə tanındım.
- Bildiyim qədəri ilə yaxşı toylara gedirsən. Hətta Azərbaycandan kənarda da səni el məclislərinə dəvət edirlər...
- (Gülür) Bəli. Şükür, pis deyil. Mənə çox ölkələrdən təkliflər gəlir. Amma sözsüz ki, Rusiyadan gələn təkliflər çox olur. Özü də məni toya dəvət edən kütlə "krutoy" təbəqədir.
- Olub ki, səni toya çağırsınlar və ifanı bəyənməsinlər, xoşa gəlməz halla qarşılaşasan?
- Yox. Olmayıb. Məni el məclisinə çağıran adam mənim sənətimi sevdiyi üçün toyuna çağırır. Əgər məni bir yerə dəvət edirlərsə, öncədən düşünürlər.
- Mediadan qaçmağının səbəbi nədir?
- Bunun səbəbini deyim də... Qalmaqaldan, müsahibə verməkdən yan gəzirəm. Bu gün istisna olmaqla (gülür). Bilirsiniz, mən tam fərqli fikirli insanam.
- İfa etdiklərinizə bayağı janr, ara musiqisi deyirlər. El dilində desək, səviyyəsiz mahnılar...
- Kimdir səviyyəsiz? Mən bayağı mahnılar oxuyuram? Onu kim deyir? Kim deyirsə, gəlsin mənimlə üz-üzə, sonra görüm o hansı səviyyədən danışır. Daha sonra oturaq musiqidən danışaq. Həmin insanların musiqidən xəbərləri yoxdur. Çünki musiqini bilənlər danışmır, bilməyənlər düşüb ortaya. Ümumiyyətlə, siz bayağı nəyə deyirsiniz ki? Mahnılar nə üçün yazılır ki? Biz müğənnilər mahnını nə üçün ifa edirik? Ona görə ki, arada (?-Y.S.) olan insanlar da mahnıya qulaq assın, dinləsin. Kosmosdan gəlib qulaq asmayacaqlar ki?
Məqsədim, hədəfim, Azərbaycanı ölkə hüdudlarından kənarda tanıtmaqdır.
- Üzeyir "Eurovision"da ölkəmizi təmsil edə bilər?
- (Gülür) Yox. Mənim ona iddiam yoxdur. Bacarmaram, mənlik deyil. Şərt o deyil ki, müsabiqəyə qatılıb, təmsil edəm. Belə özüm müsabiqədən kənar da nəsə edə bilərəm.
- Artıq cangüdənlə gəzdiyinizi söyləyirlər...
- Yox, yox. Cangüdənə ehtiyacım yoxdur. Mənim dostlara ehtiyacım olur.
- Sonuncu duetinizi türkmənistanlı Enya ilə oxudunuz. Ondan öncə isə xalq artisti Aygün Kazımova ilə. Səninlə duet oxuduğu üçün Aygünə çox iradlar söylənildi...
- Aygün Kazımova ilə oxuduğumuz duet ən uğurlu duet oldu. Mənə elə gəlir ki, bu günə qədər elə duet olmamışdı ki, "Youtube" kanalında dinlənmə sayına görə "Qoy bütün aləm bizdən danışsın"a çatsın.
- O zaman deyə bilərikmi Aygün Kazımovanın ən uğurlu dueti sizinlə olub?
- Əlbəttə ki. Demək olar. Bu günə qədər elə bir duet var idimi ki, üç ay ərzində o qədər dinlənsin?
- Sosial şəbəkədən istifadə edirsinizmi?
- Hə. Yeni başlamışam "Facebook"a girməyə. Tez-tez olmasa da, mütəmadi həmin sayta daxil oluram. Məqsədimsə tanımadığım şəxslərin mənim adımdan profil açmasının qarşısını almaqdır. Digər tərəfdən isə, dostlarımla yazışmaq.
- Bəs Üzeyirin səhnə geyimlərini kim seçir? İmiciniz üzərində işləmək niyyətiniz varmı? Stilistiniz var?
- Mənim imicimin üzərində heç kim işləmir. Hər şeyi özüm seçirəm. Şükürlər olsun, geyimi bilirəm. Zövqüm yaxşıdır.
- Bəs sizin mahnılarınıza hansı yaş təbəqəsindən olan insanlar qulaq asırlar?
- Daha çox cavanlar. Amma son zamanlar yaşlı nəslin nümayəndələri də mənim ifama qulaq asırlar. Janrımda bir az dəyişiklik etmişəm axı.
- Həmkarlarınızın bir çoxu sizin ifanızı bəyənmir. Səbəbini bəlkə deyəsən?
- Paxıllıqdır.
- Bir ara Əli Mirəliyevlə qalmaqalınız oldu. Hazırda münasibətlər normaldır? Yoxsa?
- Biz qız deyilik ki, küsək. Ola bilər ki, sənət barəsində anlaşılmazlıq olub. Mən küsülü qala bilmirəm.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Elnarə Abdullayeva nəvəsi üçün bu qədər xonça hazırlatdı - (Video)
-
"Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım" - Mətanət İsgəndərli
-
Castin Biberin keçmiş sevgilisi 34 yaşında vəfat etdi - (Foto)
XƏBƏR LENTİ
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
-
Banklara kibertəhlükələr barədə məlumat verilib - (Video)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi
-
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda iki nəfəri əqrəb sancdı
-
Azərbaycanda balıq bahalaşdı - Qiymət
-
Sabah Yasamal, Nizami və Binəqədidə işıq olmayacaq
-
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)
-
Sabah Hökməli–Qobu–Güzdək yolunda hərəkət tam məhdudlaşdırılacaq
-
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir
-
Bakda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı