Şou-biznes

Habil Əliyev Aygün Kazımova barəsində şok açıqlama verdi - VİDEO - FOTO

18 Oktyabr 2013 09:30
2 Şərh     Baxış: 13 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, sevdiyi şəxsə qovuşmaq üçün ölümünü arzulayır

"Rəngarəng", "Pərdə", "TeT A TeT" kimi uğurlu layihələrə imza atan "AZ" komandasından daha bir yenilik var. Milli.Az-ın məlumatına görə, Lider TV tamaşaçılarının böyük maraqla izlədikləri, rejissoru Aynurə Tahirqızı, aparıcısı Zaur Nəbioğlu olan "TeT a TeT" verilişi artıq fərqli vaxtda yayımlanacaq. "Rəngarəng" verilişindən öncə efirə gedəcək "TeT a TeT"in budəfəki qonağı xalq artisti Habil Əliyevdir.

Qeyd edək ki, hər iki layihənin bugünkü buraxılışında ortaq bir nüans yaşandı. Belə ki, tamaşaçılar illər sonra yenidən həm Habil Əliyevin kamançasının səsini, həm də Emin Sabitoğlunun həyat yoldaşı Xədicə Abbasovanın canlı ifasını dinləmək şansını qazanacaqlar. Bundan başqa, "Tet A Tet"in qonağı son zamanların müzakirə mövzusuna çevrilən bəzi məqamlara da toxundu. Habil Əliyev titul məsələsinə də biganə qalmadı.

Xatırladaq ki, aylar əvvəl Zaur Nəbioğlunun arzusunu nəzərə alan böyük sənətkar illər sonra ilk dəfə məhz "Rəngarəng"də kamanını əlinə alıb ifa etmişdi. Bu dəfə isə o, yenidən aparıcının sözünü yerə salmayıb yüz min manat dəyəri olan kamanı ilə ifa etdi. Verilişə diqqətlə baxsanız, yüz min manat dəyərində olan kamanın sənətkara kim tərəfindən hədiyyə olunduğunu da biləcəksiz.

Habil Əliyev Nadir QafarzadəAygün Kazımova barədə danışdı. Onun hər iki sənətçi barədə dedikləri böyük söz-söhbətə səbəb olacaq.
Bir çox sənətçiləri tənqid edən ustad sənətkarın Aygün Kazımovaya göndərdiyi ismarıc nə oldu?

"Tet A Tet"dən sonra efirə gedəcək "Rəngarəng"də bu dəfə Xədicə Abbasovadan maraqlı süjet yayımlanacaq. Onu Azərbaycana qaytaran səbəbi də məhz həmin sujetdə biləcəksiniz.
Xədicə Abbasova niyə Emin Sabitoğlunun övladına ana ola bilmədi? Müğənni niyə ölməyi arzulayır?
Bütün bu suallara cavab tapmaq üçün bu gün yayımlanacaq "Tet aTet" verilişini saat 20:30-da, "Rəngarəng" isə saat 21:00-da Lider TV-də izləyə bilərsiz.

Qeyd edək ki, verilişin informasiya dəstəyi Milli.Az İnternet portalıdır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.







Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.