Şou-biznes

Azərbaycanlı müğənni möhtəşəm dönüş vəd verir - FOTO - VİDEO

12 Avqust 2013 15:36
0 Şərh     Baxış: 2 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hər şeyin yaxşı olacağına əminəm"

Milli.Az xəbər verir ki, "Azəri star-2006" mahnı müsabiqəsinin qalibi olan Fidan Süleymanovadan xəbər var.

Efirdə az-az görünməsinin səbəbini açıqlayan Fidan sənətdən uzaqlaşmadığını deyir: "Düzünü desəm, sənətimdə fasilə olmayıb.


Efirdə görünmədiyim müddəti üst-üstə hesablasaq, ümumilikdə bir il ancaq edər. Amma tamamilə bir il efirdən kənar qaldığım olmayıb, sənətdən uzaqlaşmamışam. Öz istəyimlə efirlərdə çox görünmürdüm".


Çox iddialı görünən müğənni yaradıcılıq planlarının çox olduğunu deyib:

""Bu gecə" adlı mahnıma klip çəkildi. Uğurlu mahnı olduğu üçün ekran həyatı vermək qərarına gəldim.


Necə deyərlər, dönüşüm möhtəşəm olacaq. Yaradıcılıq planlarım çoxdur, yeni mahnılar, kliplər gözlənilir. Hər şeyin yaxşı olacağına əminəm".


Müğənninin klipini oxucularımıza təqdim edirik.


Şahin Cavadsoy

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


 


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.