Siyasət

Ukrayna səfiri: "Danışıqların nəticəsi var"

8 Aprel 2014 13:58
0 Şərh     Baxış: 664
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko "KANAL S"ə eksklüzuv müsahibəsində ABŞ-ın dövlət katibi Con Kerri və Rusiya XİN başçısı Sergey Lavrov arasında gedən danışıqlara münasibət bildirib.

Səfir bu danışıqların məsələnin həllinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib: "Danışıqların aparılmasını müsbət hal kimi qiymətləndirmək olar. Bu onu göstərir ki, Rusiya öz aqressiv siyasətinə baxmayaraq, dünyada istədiyi kimi hərəkət edə bilməz. ABŞ ilə Rusiya arasında aparılan danışıqları biz müsbət qiymətləndiririk. Rusiya ordusunun getdikcə Ukrayna sərhədlərindən geri çəkilməsi onu göstərir ki, bu danışıqlar müsbət nəticə verir. Şübhəsiz ki, danışıqların nəticəsi var. Bu cür danışıqları Avropa ölkələri başçıları səviyyəsində də keçirmək lazımdır. Bu danışıqlar bütün səviyyələrdə aparılır. Məsələn, bu yaxınlarda NATO-ya daxil olan ölkələrin XİN rəhbərlərinin görüşü baş tutub. Görüşdə qətnamə qəbul edilib. Bundan sonra bəyan edildi ki, NATO Rusiya ilə əməkdaşlığını dondurur. Bunu da Rusiyaya təsir göstərəcək növbəti addım kimi dəyərləndirmək olar. Əgər 10 və ya 20 bu cür addım atılarsa, düşünürəm ki, qısa bir vaxtda qarşılıqlı razılaşma əldə edə bilərik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.