Cəmiyyət

Azərbaycan kəndinə ayılar hücum çəkdilər

7 Aprel 2014 18:49
0 Şərh     Baxış: 1 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Talışnuru kəndi Şamaxının ən ucqar kəndlərindən biridir. Enişli-yoxuşlu yollar, ucsuz-bucaqsız dərələr, bol sulu, keçilməz çaylar. Qış aylarında bu kəndə gəliş-gediş böyük müşkülə çevrilir. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, sivilizasiyadan uzaq düşən bu kəndə belə vaxtlarda yırtıcılar daha tez-tez "baş" çəkir. Kəndlilərə və onlara məxsus heyvanlar üçün təhlükə yaranır.

Çıxılmaz vəziyyətdə qalan insanlar dərdlərinə çarə axtarırlar. Kəndin bir tərəfini sıx meşə, digər tərəfini isə yaxınlıqdan keçən Pirsaat çayı əhatə edir. Elə sözügedən ayı hücumu da kəndə gedən yolun kənarıdakı meşəlik ərazidə qeydə alınıb. Kəndə səfər bizə elə də asan başa gəlmədi. Bir neçə saat yol qət edik. Qarşımıza çıxan digər maneə bol sulu Pirsaat çayı idi. Çayı keçməyə çalışdıq, amma olmadı. Kənd sakinlərinin köməyi ilə bir təhər bu problemi həlll etdik. Sakinlərin qorxu və həyəcan içərisində olması isə elə onların üzündən məlum idi.

Sakinlər bu cür hadisələrin tez-tez baş verdiyini bildirdilər. Onların sözlərinə görə, yırtıcıların kəndə hücumu əvvəllər də bir neçə dəfə baş verib. Həyatları təhlükəyə düşən sakinlər isə bunun qarşısını almaqda acizdirlər. Vaxtaşırı kəndi "ziyarət" edən ayı fərdi təsərrüfatlara böyük ziyan vurub. Kəndlilər bu hadisənin növbəti dəfə yaşanmayacağından əmin deyillər. Kəndə basqın edən yırtıcıları ovlamaq qadağandır. Çıxış yolu tapa bilməyən sakinlər isə əlaqədar təşkilatlardan kömək istəyirlər.


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.