Bölgə xəbərləri

"İnklüziv təhsil sahəsində maarifləndirmə" mövzusunda seminar keçirilib - VİDEO

26 Oktyabr 2013 17:03
Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Ağcabədi rayonunda fiziki qüsurlu uşaqların təhsilə cəlb edilməsi üçün maarifləndirici seminar təşkil olundu. 11 saylı orta məktəbdə keçirilən tədbirdə 60-a yaxın müəllim iştirak etdi.

Bildirildi ki, bəzi hallarda fiziki qüsuru olan uşaqların valideynləri övladlarının qüsurlu olmasını gizlətmək məqsədi ilə onların təhsil almasına mane olurlar. Bu baxımdan belə halların aradan qaldırılması, uşaqların təhsilə cəlb edilməsi üçün valideyn və müəllimlər arasında maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulandı. 

11 saylı orta məktəbin direktoru Eynulla Hacıyev xatırlatdı ki, hazırda respublikada sağlamlıq imkanı məhdud olan yüzlərlə uşaq var. Əslində onlara fərdi şəkildə dərslərin keçirilməsi qanunla tənzimlənir. Məktəb direktoru dedi ki, onun rəhbərlik etdiyi məktəbin 10 müəllimi fərdi qaydada inklüziv təhsil verir. Tədbir zamanı bu sahədə uğurlu nəticəyə nail olmaq üçün iştirakçılar tərəfindən bir neçə təklif də səsləndirildi. Bu cür təkliflərdən biri də, ümumrayon ərazisində inklüziv  təhsilə ehtiyacı olan uşaqların fərdi deyil, vahid mərkəzdə cəmləşməsi yönündə işlərin aparılması oldu.

Milli.Az
 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.