Cəmiyyət

Gəncədə sahibsiz itlərlə mübarizə tədbirləri gücləndirilib

30 Aprel 2012 19:52
0 Şərh     Baxış: 1 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Kəpəz TV kanalına istinadən xəbər verir ki, küçələrdə baxımsız dolaşan sahibsiz itlərdən hamı çəkinir. Ac və xəstə olduqları üçün azğınlaşan köpəklər, istənilən adama hücum çəkə bilərlər. Bu səbəbdən də Gəncə şəhərində sahibsiz itlərlə mübarizə davam edir.

Ötən il ərzində 4 017, təkcə son bir ay ərzində isə 450-dən artıq sahibsiz it vurularaq zərərsizləşdirilib. Gəncə şəhər Təmizlik İdarəsinin baş mühəndisi Eldəniz Yusibov bildirib ki, Gəncə küçələrinin sahibsiz itlərdən təmizlənməsi üçün şəhərə əlavə ovçular gətirilib. Müsahibimiz deyir ki, itlərin vurulması gecə və səhər saatlarında həyata keçirilir. Sahibsiz itlər vurulduqdan sonra Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aktlaşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.