Siyasət

Çin İrana qarşı sanksiya tətbiq edib

28 May 2017 21:42
0 Şərh     Baxış: 913

Çin İranın neft-kimya sənayesinə sanksiya tətbiq edib.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, rəsmi Pekin 2017-ci ilin yanvar ayından başlayaraq İran şirkətlərindən alınan neft-kimya məhsulları ilə əlaqədar İran şirkətlərinə vəsait ödənilməsinə qadağa qoyub.
 
İranın neft-kimya məhsullarının 40 faizi məhz Çinə ixrac olunur. Çinə satdıqları malların pullarını ala bilməyən İran şirkətləri çətin duruma düşüb və məsələ ilə əlaqədar İran prezidentinin birinci müavini İshaq Cahangirzadəyə məktub yazıb.
 
İran ABŞ və Səudiyyə Ərəbistanının təzyiqi ilə Çinin İranın neft-kimya sənayesinə qarşı sanksiya tətbiq etdiyi qənaətindədir. İran iqtisadiyyat naziri problemin müzakirəsi və aradan qaldırılması üçün dünən Çinə səfərə yollanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.