Siyasət

"Bu, çox aşağılayıcı bir hərəkətdir" - Aydın Mirzəzadə

26 Aprel 2017 16:19
Baxış: 858

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə AŞPA-nın Türkiyə barəsində çıxardığı monitorinqlə bağlı qərara münasibət bildirib. 

Milli.Az xəbər verir ki, millət vəkili qafqazinfo-ya deyib ki, bu, Türkiyəyə qarşı qəbul edilmiş hüquqa zidd  və ədalətsiz qərardır: "Eyni zamanda Avropanın müəyyən dairələrinin Türkiyəyə qarşı artıq uzun müddətdir ki, apardığı antitürkiyə siyasətinin tərkib hissəsidir. Belə ki, ötən il Almaniya Parlamentinin uydurma soyqırımı tanıması, bir neçə ay bundan əvvəl Avropanın bir neçə ölkəsində Türkiyədə keçiriləcək referendumla bağlı təşkil edilən tədbirlər, hətta xanım nazirin zorla ölkədən çıxarılması , sonda isə tələsik hazırlanaraq prosedur qaydalarını pozaraq qərar qəbul edilməsi heç bir hüquq normasına uyğun gəlmir. Bu qərar Türkiyəni qeyri-demokratik olmaqda, insan hüquqlarını pozmaqda ittiham etməkdir. 13 il əvvəl monitoriq prosesindən çıxmış bir ölkəni yenidən monitorinq prosesinə qaytarmağın özü də çox aşağılayıcı bir hərəkətdir. Türkiyə bu gün Avropaya insan hüquqlarının qorunmasında nümunədir. Onlar unudurlar ki, Türkiyə dünya siyasətinin vacib iştirakçılarından biridir.  Avropa Şurasının yaradanlardan biri Türkiyədir. Avropa Şurasının indiki nüfuza çatmasında Türkiyənin böyük rolu var.  

Bununla belə, Türkiyədəki referenduma tələsik aşağı qiymət verilməsi, Türkiyənin insan hüquqlarını pozulmasında ittiham edilməsinin heç bir əsası yoxdur.  Bu cür hərəkətlər Avropaya başucalığı gətirmir. Türkiyəsiz Avropanın heç bir inkişafı ola bilməz. Vaxtilə Azərbaycana da Avropa Şurası tərəfindən bu cür hərəkətlər edilib.  Ona görə də biz də eyni taleyi yaşamış ölkə kimi Türkiyənin yanındayıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.