Siyasət

"Ankara AŞPA ilə münasibətlərə yenidən baxacaq" - Türkiyə XİN

25 Aprel 2017 19:13
0 Şərh     Baxış: 759

"Türkiyə respublikada vəziyyətin monitorinqi prosesini bərpa etmək barədə qərar çıxaran Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə münasibətlərə yenidən baxmağa məcbur olacaq".

Bu bəyanatla Türkiyənin Xarici İşlər Nazirliyi çıxış edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu qərar Türkiyənin siyasi dairələrində kəskin etirazla qarşılanıb. XİN AŞPA-nın monitorinqi bərpa etməsini siyasi motivlərə əsaslanan ədalətsiz qərar adlandırır. Eyni zamanda, parlamentariləri ağılla fəaliyyət göstərməyə, dünyəvi fəlakət olan terrorizmə qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırır. Bəyanatda deyilir ki, bu addım əməkdaşlıq və dialoq ruhuna tamamilə ziddir və yaranmış vəziyyət Türkiyəni AŞPA ilə münasibətlərə yenidən baxmağa məcbur edir.

Avropa İttifaqı naziri Ömər Çelik də öz növbəsində AŞPA-nın Türkiyə ilə bağlı qərarını "ədalətli olmayan haqsız qərar" və "Avropa Şurası üçün də, AŞPA üçün də tarixi səhv" kimi səciyyələndirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.