Siyasət

Prezident İlham Əliyev Haynts Fişeri qəbul etdi

22 Aprel 2017 11:26
Baxış: 582

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avstriyanın keçmiş Prezidenti Haynts Fişeri qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, prezident İlham Əliyev Avstriyaya, Haynts Fişer isə Azərbaycana qarşılıqlı səfərlərini məmnunluqla xatırladılar. Dövlət başçısı İlham Əliyev və keçmiş Prezident Haynts Fişer ən yüksək səviyyədə əldə olunmuş sazişlərin uğurla həyata keçirildiyini qeyd etdi.

Söhbət zamanı bugünkü görüşün ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığı vurğulandı, bu illər ərzində Azərbaycan ilə Avstriya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olundu.

Görüşdə, həmçinin Avstriyanın ATƏT-də sədrliyinin prioritetləri ətrafında məsələlər müzakirə edildi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.