Siyasət

Elmar Məmmədyarov Hikmət Xəlil Karzai ilə görüşdü

16 Mart 2017 20:50
Baxış: 214

Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın xarici işlər nazirinin müavini Hikmət Xəlil Karzaini qəbul edib.

Milli.Az bildirir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Əfqanıstan arasında dostluq və əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. İki ölkənin rəhbərləri arasında yüksək səviyyəli dialoqun və bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşünün əlaqələrin inkişafına xüsusi təkan verdiyi qeyd olunub.

E.Məmmədyarov Azərbaycanın 2017-ci il üzrə "Asiyanın Qəlbi - İstanbul Prosesi"nə həmsədrlik funksiyasını öz üzərinə götürdüyünü diqqətə çatdıraraq, 17 mart tarixində İstanbul Prosesində iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin Bakıda keçiriləcək iclasının bu təşəbbüsə töhfə verəcəyinə əminliyini ifadə edib.

H.Karzai ölkəsinin İstanbul Prosesinə xüsusi əhəmiyyət verdiyini qeyd edərək Azərbaycanın 2017-ci il üzrə İstanbul Prosesinə həmsədrlik etməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

H.Karzai Əfqanıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini qeyd edib. O, Əfqanıstanın Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam həmrəyliyi ili" elan edilməsi təşəbbüsünü tam şəkildə dəstəklədiyini qeyd edərək, ölkəsinin idmançılarının İslam həmrəylik oyunlarında yaxından iştirak edəcəyini deyib.

Həmçinin, Azərbaycanın NATO-nun Qətiyyətli dəstək missiyasına verdiyi töhfəsi də təqdir olunub.

Görüşdə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, nəqliyyat, elm-təhsil, təlim və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.