Siyasət

Fuad Muradov: "Artıq Ermənistanda da Azərbaycanın haqlı mövqeyi dəstəklənir" - VİDEO

7 Oktyabr 2015 18:39
Baxış: 798

Ermənistandakı kütləvi iğtişaşlar bu ölkənin gələcəyini şübhə altına qoyur.

Millət vəkili Fuad Muradov bu olaylara şərh verərkən bildirib ki, artıq Ermənistanda da Azərbaycanın haqlı mövqeyi dəstəklənir.

"Erməni xalqının çıxış yolu işğaldan əl çəkib Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir. Artıq erməni xalqı bu məsələləri başa düşür və ölkədə bununla bağlı böyük hərəkatlar yaranır".

Fuad Muradov bildirib ki, bu gün Ermənistanda baş verənlərə Qərbin münasibət bildirməməsi ikili standartlardan xəbər verir. "Bir halda ki, erməni xalqı rejimin əlindən qaçır, dünyanın müxtəlif ölkələrinə hətta Azərbaycana pənah gətirir BMT, Avropa Şurasının buna heç bir reaksiyası yoxdur.

Amma Azərbaycanda hər hansı hüquqi qanunlar çərçivəsində bir hal baş verən kimi bu, hansısa söz-söhbətlər yaradır. Hesab edirik ki, bunun da kökündə Azərbaycana qarşı təzyiqlər durur".

Milli.Az

Videonu izləmək üçün şəkilə klikəyin.

фото

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.