Siyasət

Rusiyanın Azərbaycanda yeni RLS tikmək niyyəti

4 Oktyabr 2015 12:15
3 Şərh     Baxış: 1 382

Rusiya Azərbaycanda yeni radiolokasiya stansiyası (RLS) tikmək niyyətində deyil.

Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Hava-Kosmik Qüvvələrinin xüsusi təyinatlı 15-ci ordusunun qərargah rəisi general-mayor Anatoli Nesteçuk bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Qəbələ rayonu ərazisdində yerləşən "Dəryal" tipli RLS-ın yerində "Voronej" tipli stansiyasının tikintisi gözlənilmir.

"Hesab edirəm ki, milli sistem vasitələri Rusiya Federasiyası ərazisində yerləşməlidir və qoyulan vəzifələri tam zəmanətlə icra etməlidirlər", - A. Nesteçuk bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.