Siyasət

Tarixçi alim Müsavat Partiyasından istefa verdi

5 May 2015 18:00
Baxış: 715
Bakı Dövlət Universitetinin dosenti, tarixçi alim Boran Əzizli Müsavat Partiyasının sıralarından istefa verib.

B.Əzizli APA-ya açıqlamasında Vurğun Əyyubun partiyadan xaric olunmasına etiraz əlaməti olaraq bu addımı atdığını deyib: "Vurğun Əyyubun qurultaydan sonrakı bəzi siyasi addımlarını təqdir etməsəm də, son günlər ona qarşı aparılan qisasçı, kin və qərəz kampaniyasına, repressiv tədbirlərə qəti etirazımı bildirərək Müsavat Partiyasının sıralarından istefa verirəm".

Qeyd edək ki, B.Əzizli vaxtilə Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.