"Yalnız siz, AŞPA prezidenti kimi, AŞPA-nın bütün aparıcı qurumlarının verdiyi aydın qərarlara qarşı çıxaraq, ermənilərin fikrini açıq müdafiə edirsiniz".
Trend xəbər verir ki, bunu Milli Məclisin üzvü, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Ann Brassörə ünvanladığı müraciətində bildirib.
E.Süleymanov bildirib: "Aprelin 15-də AŞPA-nın rəsmi internet səhifəsində sizin adınızdan dərc edilmiş "AŞPA prezidenti Ermənistanın islahat yolundakı davamlı irəliləyişini təqdir edir" başlıqlı pres-reliziniz məni təəccübləndirdi. Siz bu mətbuat mətnində iki dəfə "Dağlıq Qarabağ münaqişəsi"ni belə ifadə formasında xatırladırsınız, halbuki rəsmi təmsil etdiyiniz AŞPA öz aparıcı qurumlarında bu münaqişəni rəsmi olaraq "Azərbaycanın Dağlıq Qarabağ və digər yeddi ərazisinin işğalı" kimi səsləndirməyi dəfələrlə təsdiqləyib. Biz anlayırıq ki, baş katibiniz cənab Saviçki, AŞPA adminsitrasiyasının rəhbəri və AŞPA-nın bütün mətbuat mətnlərinin baş redaktoru kimi, AŞPA qurumlarının bu müstəvidəki aydın qərarlarını davamlı olaraq rədd edir. Həqiqətən də, bu günə qədər AŞPA-nın bu məsələyə dair bütün pres-relizlərində AŞPA-nın ifadə forması (bu, digər beynəlxalq təşkilatların ifadə formasına uyğundur!) deyil, Ermənistanın ifadə forması işlənir".
Millət vəkili qeyd edib ki, Monitorinq Komitəsinin Parisdə keçirilən 17 mart tarixli iclasında Ermənistanın nümayəndəsi, eləcə də mediadan alınan məlumata görə, 13-15 aprel tarixli Ermənistana rəsmi səfəriniz (xanım Brassörün) zamanı Ermənistan prezidenti, parlament spikeri və digər rəsmilər hücumlar edərək müzakirəni yenidən açmağa və bu ifadə formasını, məhz pres-relizinizdə ifadə etdiyiniz kimi, "Dağlıq Qarabağ münaqişəsi" kimi sadələşdirərək, bir daha dəyişməyə cəhd göstəriblər. Bir neçə həftə əvvəl isə Strasburqda Siyasi Məsələlər Komitəsində Ermənistanın buna bənzər cəhdi də böyük çoxluqla rədd edilib:
"Ermənilərin Büro, Siyasi Məsələlər Komitəsi və Monitorinq Komitəsində Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin silahlı işğalı reallığını inkar etmək istiqamətindəki bütün cəhdləri sonda AŞPA-nın bu qurumlarında yalnız dəyərli vaxt və enerji itkisi ilə nəticələndi. Lakin göründüyü kimi, yalnız siz, AŞPA prezidenti kimi, AŞPA-nın bütün aparıcı qurumlarının verdiyi aydın qərarlara qarşı çıxaraq, ermənilərin fikrini açıq müdafiə edirsiniz. Buna baxmayaraq, dünən sözügedən pres-relizinizdə vurğulamısınız: "Prezident kimi, Assambleya qurumlarının verdiyi qərarların icrasına zəmanət vermək mənim vəzifəmdir". Sizin bu açıq-aşkar ziddiyyətli yanaşmanızın məni nə üçün təəccübləndirdiyini anlayırsınız. Bu səbəbdən icazənizlə sizi, prezident kimi, yuxarıda qeyd edilmiş pres-relizə düzəliş etməyə və AŞPA-nın bu məsələyə dair bütün gələcək mətbuat məqalələrini AŞPA Bürosunun ifadə formasına uyğunlaşdırmağa çağırıram".
Azərbaycanlı deputat həmçinin xatırladıb ki, bu birtərəfli və yanlış mətbuat mətnləri vasitəsilə özünün erməni ruhlu şəxsi siyasi gündəliyini açıq-aydın həyata keçirmək məqsədi güdən, beləliklə, AŞPA prezidentinin müsbət adına və AŞPA-nın nüfunuza xələl gətirən baş katibin AŞPA pres-relizlərinin baş redaktoru vəzifəsindən çıxarmaq səlahiyyəti var: "Hamımız bilirik ki, AŞPA-nın internet səhifəsində rəsmi surətdə təsdiqlənməyən AŞPA sənədləri, lakin yalnız bir şəxsin mütləq nəzarəti altında yazılan pres-relizlər çox zaman böyük məruzələr və sərt qətnamələrlə müqayisədə ictimai fikrə daha çox təsir edir. Gəlin buna ciddi yanaşaq!
Ümumiyyətlə, prezident kimi, şübhəsiz, bilirsiniz ki, AŞPA hər hansı həssas məsələ ilə bağlı ziddiyyətli siyasi terminologiyadan istifadə edərək, öz etibarlılığına xələl gətirməməlidir. Şübhəsiz, razılaşarsınız ki, bu müstəvidə AŞPA-nın rəsmi qərarlarına uyğun olaraq, AŞPA siyasi terminologiyasında eynilik zəruridir".
Müraciətin surəti AŞPA Bürosunun bütün üzvlərinə, Avropa Şurası Parlament Assambleyasının baş katibi cənab Voysix Saviçkiyə və Avropa Şurasının baş katibi cənab Tyoborn Yaqlanda göndərilib.
Milli.Az
Siyasət
Azərbaycanlı deputat AŞPA prezidentini yıxıb-sürüdü
18 Aprel 2015 11:53
Baxış: 898
DİGƏR XƏBƏRLƏR
- Mirzoyan: Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib
- Prezident və birinci xanım Mamayı məscidinin açılışında iştirak ediblər
- İlham Əliyev və Mehriban Əliyeva Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olublar
- Azərbaycan, Ermənistan və Qazaxıstan XİN rəhbərləri arasında görüş keçirilir - FOTO
- Bu görüşlər sülh sazişinin hazırlanmasında mühüm mərhələdir - Ceyhub Bayramov
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Şirin su hamamının açılışında iştirak ediblər
XƏBƏR LENTİ
- Sankt-Peterburqda avtobus körpüdən çaya düşdü - 3 nəfər ölüb - HADİSƏ ANI - VİDEO
- Mirzoyan: Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib
- Ötən gün "Avroviziya"da onlar da yada düşdü - VİDEO
- Prezident və birinci xanım Mamayı məscidinin açılışında iştirak ediblər
- Azərbaycan millisinin sabiq futbolçusuna cəza
- Azərbaycan vətəndaşları bu ölkələrə vizasız gedə bilər - SİYAHI
- İlham Əliyev və Mehriban Əliyeva Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olublar
- Kvaratsxeliya karyerasını PSJ-də davam etdirə bilər
- Azərbaycanda işsiz və işaxtaranlarla bağlı yeni qanun layihələri hazırlanacaq
- Azərbaycan, Ermənistan və Qazaxıstan XİN rəhbərləri arasında görüş keçirilir - FOTO
- Bu görüşlər sülh sazişinin hazırlanmasında mühüm mərhələdir - Ceyhub Bayramov
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Şirin su hamamının açılışında iştirak ediblər
- "Bir manat da borcum olmayıb" - VİDEO
- Ulu Öndərin amalları ilə bərqərar olan qüdrətli Azərbaycan tarixin ən güclü dövrünü yaşayır - Azər Qarayev
- Azərbaycan QHT-ləri ilk dəfə Afrikada ağacəkmə aksiyasında iştirak edib - FOTO
- Dünyanın ən yaxşı futbolçusu adına 20 namizəd
- Azərbaycan və Ermənistan sərhəddə minalardan təmizləmə işləri aparır - Nazir
- Prezident və birinci xanım Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
- Şahzadə Harrinin jurnalistin sualına cavabı hər kəsi təəccübləndirdi
- İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar
- Paşinyanın impiçmenti mümkündür?
- Əmək haqqı ilə bağlı mühüm dəyişiklik
- “Həyat yoldaşım şəkli ekranlarda gəzəcək kişilərdən deyil” – VİDEO
- Sürücülərin NƏZƏRİNƏ: Azərbaycanda yeni növ radarlar quraşdırılır - FOTO