Siyasət

ABŞ Azərbaycanın xarici münaqişələrə qoşulanlara qarşı qanunlarını alqışlayır

29 Mart 2015 10:31
Baxış: 584
ABŞ Dövlət Departamenti Azərbaycanın xarici münaqişələrdə döyüşçülərin iştirakına qarşı qanunlarını alqışlayıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ABŞ Monteneqronun Cinayət Məcəlləsinin 18 mart əlavəsi, Kosovonun 25 mart qanunu və İspaniyanın 26 mart tarixli yeni islahatı da daxil olmaqla, avropalı tərəfdaşlarımızın xaricdə döyüşlərdə iştirak edənlərə qarşı qanunlarının təqdim edilməsini və ya təkmilləşdirilməsini alqışlayır:

"Həmçinin Albaniya, Avstriya, Azərbaycan, Bosniya-Herseqovina, Danimarka, Finlandiya, Fransa, İtaliya, Latviya, Makedoniya, Portuqaliya və Serbiya bu sahədə qanunlarını imzalayıb və ya icra ediblər. Misal üçün, Qərbi Balkan dövlətlərində xarici münaqişədə iştirak etmək və ya xarici münaqişədə iştirak məqsədilə insanları səfərbər etmək və maliyyələşdirmək qanunsuzdur. Bu kimi səylər bizim Vaşinqton nazirlər toplantısı zamanı müzakirə etdiyimiz vacib məsələyə, xarici terrorçuların axınının qarşısının alınmasına mühüm töhfə verir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.