Siyasət

Prezident İlham Əliyev MTN-in bir sıra əməkdaşlarını mükafatlandırdı - SİYAHI

27 Mart 2015 14:02
Baxış: 2 759

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələr verilsin:

general-leytenant ali hərbi rütbəsi

general-mayor Vəli Məmiş oğlu Ələsgərova

general-mayor Elçin Ərsalan oğlu Əliyevə

general-mayor Fərhad Hüseyn oğlu Vahabova

general-mayor ali hərbi rütbəsi

polkovnik Vüqar Zülfüqar oğlu Allahquliyevə".

Prezidentin digər sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı təltif edilib.

 Sənəddə deyilir:


"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Çovdarov Akif Teymurxan oğlu - general-mayor

Mahmudzadə Elşad Bilal oğlu - polkovnik

"Vətən uğrunda" medalı ilə

Ağakişiyev Vahid Balazayir oğlu - polkovnik-leytenant

Əliyev Rüfət Yaşar oğlu - tibb xidməti polkovniki

Fərəcov Beytulla Niyazi oğlu - baş leytenant

İbayev Zabil Nəsir oğlu - mayor

Məmmədov Yasin Seyfulla oğlu - ədliyyə mayoru

Sadıqov Mahir İbrahim oğlu - polkovnik

Sultanov Şahin Sultan oğlu - general-mayor

"İgidliyə görə" medalı ilə

Əsədov Amal Məhəmmədəli oğlu - kiçik çavuş

Mahmudov Ceyhun Ələkbər oğlu - baş leytenant

Mövsümov Azər Adil oğlu - kapitan

"Hərbi xidmətlərə görə" medalı ilə

Abbasov Mövlud Həsənqulu oğlu - mayor

Ağaverdiyev Pərviz Yaqub oğlu - kapitan

Cabbarov Turac Vaqif oğlu - kapitan

İbrahimov Mürsəl Qorxmaz oğlu - polkovnik

Quliyev Bəhruz Yusif oğlu - kapitan

Rzayev Tural Məmməd oğlu - kapitan

Seyidov Cavid Mircəfər oğlu - polkovnik-leytenant".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.