Siyasət

"Xədicə İsmayıl öz fəaliyyətini anormallıq üzərində qurub"

23 Oktyabr 2014 18:41
Baxış: 545
"Xədicə İsmayıl nə jurnalist kimi, nə də vətəndaş kimi özünü təsdiq edib". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xədicə İsmayılın anti-milli fəaliyyəti, xarici təşkilatların diqtəsi və xüsusi tapşırığı ilə ictimai diaqloqu pozması cəhdlərinə münasibət bildirərkən deyib.

Baş redaktorun sözlərinə görə, bu insanın bütövlükdə məqsədi pozuculuq, dağıdıcılıq və qanunlara zidd əməllərlə məşğul olmaqdır: "Düşünürəm ki, aidiyyəti qurumlar öz fəaliyyətlərində bu məsələni nəzərə alacaqlar. Xədicə İsmayılın kimliyi (mənəviyyatı, fəaliyyəti və s.) artıq Azərbaycan ictimaiyyətinə bəllidir. Bu şəxs yalnız anti-Azərbaycan, ermənipərəst qüvvələrin və xaricdə olan ermənipərəst dairələrin aləti rolunu oynayır. Hesab edirəm ki, X.İsmayıl Azərbaycan vətəndaşı olaraq vətəndaşlıq mövqeyinin qanunsuz şəkildə olmasından bixəbərdir. O, yalnız bu torpağın suyunu içib, çörəyini yeyib, havasını udaraq Azərbaycanı bütün hallarda ləkələyərək, ölkəmizin mənafeyinə xələl gətirməyə çalışır. Təbii ki, bu da onun daxili xislətini ortaya qoyur və təsdiq edir. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı onun kimliyi, fəaliyyəti ilə bağlı obyektiv və düzgün qiymətini verməlidir.

Ümumiyyətlə, bu şəxsin bütün əməlləri təxribata hesablanıb. Əgər siz araşdırsanız, görərsiniz ki, onun "Azadlıq radiosu"nda apardığı bütün verilişlərin hər biri aranı qızışdırmağa yönəlib. Necə deyərlər, bu, bir növ "bulanıq suda balıq tutmaq" sevdasıdır. X.İsmayılın daxili xisləti, əməlləri anormaldır və bu prinsip üzrədə o, öz fəaliyyətini qurub".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.