Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov oktyabrın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Ə.Həsənov nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib.
Bildirilib ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilib.
Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonaqların diqqətinə çatdırıb.
Ə.Həsənov vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib.
Baş nazirin müavini əlavə edib ki, Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib:
"Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib".
Komitə sədri vurğulayıb ki, təcavüzkar Ermənistan ötən 20 ildə torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Ötən 20 ildə erməni xalqı münaqişədən heç nə qazanmayıb, əksinə, çox şey itirib.
Ə.Həsənov qeyd edib ki, Azərbaycan bütün dövrlərdə dözümlülük, tolerantlıq məkanı olub:
"Müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur. Bu gün müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda dostluq və mehribanlıq şəraitində yaşayırlar".
Baş nazirin müavini bildirib ki, Azərbaycan Hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 210 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb və bu proses davam edir.
Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini deyən Herbert Salber Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, ədalətli şəkildə, beynəlxalq hüquq normalarına uyğun olaraq həllinin vacibliyini bildirib.
O, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib, Azərbaycana səfərinin əhəmiyyətli olacağını vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması, münaqişənin həlli istiqamətində hazırkı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Qonaqlara "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" kitabı və disk təqdim edilib.
Görüşdən sonra nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəlləyə gələrək 280 yerlik "Şəfəq" uşaq bağçası, 540 şagird yerlik Zəngilan rayon 33 nömrəli tam orta məktəb, Zəngilan rayonunun Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olub, məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə maraqlanıb.
Zəngilan Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Ramiz Həsənov qonaqlara məcburi köçkün ailələri üçün salınmış məhəllə haqqında məlumat verib, Azərbaycanın dilbər guşələrindən olan Zəngilanın ermənilər tərəfindən işğal edilməsindən, dövlətin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışıb.
Daha sonra nümayəndə heyəti Binəqədi rayonunda İdarəetmə və Texnologiya Kollecinin yataqxanasında məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Milli.Az
Siyasət
Əli Həsənov: "Ötən 20 ildə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb"
22 Oktyabr 2014 09:33
Baxış: 1 164
DİGƏR XƏBƏRLƏR
- XİN: Ermənistan 4 kəndinin geri qaytaracaq
- “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edildi
- “Ombudsman haqqında” Konstitusiya Qanununda dəyişiklik edildi
- “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib
- Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşdi
- G7 ölkələrinin XİN başçılarından Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlar
XƏBƏR LENTİ
- Ançelotti Arda barədə qərarını verdi
- Dörd kəndlə bağlı protokol bu tarixədək imzalanmalıdır
- Benzin sərfiyyatını azaltmağın sadə yolu - Ustaya getmədən - VİDEO
- Küçələrdə yaşayan vəzifəli şəxs: "O səhv həyatımı" - VİDEO
- “Azparking” işçisini təhqir edən sürücü həbs edildi
- “Bu, Bakıda üçüncü çıxışımdır, arena çox gözəldir” - MÜSAHİBƏ
- XİN: Ermənistan 4 kəndinin geri qaytaracaq
- Dostu Mehini aldadıb pulunu aldı
- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş
- “Apple” Çində bu proqramları “App Store”dan sildi
- "Atamın ağladığını görəndə..." - VİDEO
- İki ölkə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək
- Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq
- Dövlət qurumlarını aldadan iş adamına 11 il həbs - 10 milyonluq əmlakı alındı
- Bu bürclərə qarşı əsla səhv etməyin! – Adamı peşman edirlər...
- Kəndlər qaytarılır - RƏSMİ
- “Uşaqlarım ikinci əl paltarlarla böyüdülər” - FOTO
- Ceyhun Sultanov: “Rəşad Sadıqov getsə, daha yaxşı olar”
- Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb
- Parisdə naməlum şəxs İran konsulluğunu partladacağı ilə hədələyib
- İranda 11 yaşlı qız satıcı qadını öldürdü - Qəribə səbəb
- “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edildi
- Xınalığa dolu düşdü
- “Ombudsman haqqında” Konstitusiya Qanununda dəyişiklik edildi