Siyasət

Baş nazirin müavini: "ATƏT-in Minsk qrupunun üzvləri və onların nümayəndələri ikiüzlülükdən əl çəkməlidirlər"

23 İyul 2014 14:12
0 Şərh     Baxış: 575
"ATƏT-in Minsk qrupunun dövlətləri və onların nümayəndələri ikiüzlülükdən əl çəkməlidirlər". Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

Baş nazirin müavini bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvləri Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurasındakı son çıxışından nəticə çıxarmalıdırlar: "Həmin dövlətlər və onların nümayəndələri ikiüzlülükdən əl çəkməlidirlər. Ya bu problemi həll etməlidirlər, ya da çəkilməlidirlər kənara və iki xalqı, iki dövləti qarşı-qarşıya qoymalıdırlar ki, öz problemini həll etsinlər".
 

Ə.Həsənov, həmçinin qeyd edib ki, əgər erməni xalqı xoş və firavan yaşamaq istəyirsə, Ermənistandakı mövcud rejimdən canını qurtarmalı və yenidən Azərbaycanla qonşuluğa başlamalı, Azərbaycanın da imkanlarından isifadə edərək özlərinə yaxşı yaşayış tərzi qurmalıdırlar: "Çıxış yolu budur. Əgər erməni xalqı rahat yaşamaq istəyirsə, bunu etməlidir, istəmirsə, qoy elə zülmət içində yaşasın. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Prezidenti onsuz da gec-tez öz torpaqlarını azad edəcək. Biz azad edilmiş Azərbaycan torpaqlarının qələbə gününə toplaşacağıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.