Siyasət

Zakir Həsənov əmr imzaladı

18 Aprel 2014 12:54
Baxış: 826
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin səxsi heyəti ilə görüşdüyü və təhsil müəssisəsinə Bayraq təqdim etdiyi 19 aprel gününün tarixi əhəmiyyətini nəzərə alaraq həmin gün Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü kimi qeyd edilməsi haqqında Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müdafiə nazirinin digər əmrinə əsasən, Hərbi Liseyin ilk buraxılışının 40 illik yubileyinin keçirilməsinin təşkili üzrə Təşkilat Komitəsi yaradılıb, ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanıb və təsdiq edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.