Siyasət

Nəcməddin Sadıkov da cəbhə bölgəsinə getdi

9 Aprel 2014 11:58
Baxış: 563

General-polkovnikin səfərində məqsəd təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin yoxlanılmasıdır

Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

Milli.Az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, səfərin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.