İran və Azərbaycan sərhədlərində heç bir dəyişiklik baş verməyib və iki ölkənin ərazisindən digər ölkənin ərazisinə heç bir torpaq sahəsi birləşdirilməyib.
Trend-in məlumatına görə, bu sözləri İranın Sərhəd Polisi komandanının beynəlxalq məsələlər üzrə müavini general Həsən Mömini deyib.
H.Mömini bildirib ki, yalnız Culfa sərhəd keçid məntəqəsində açılmış yeni körpünün üzərində sərhəd xətti müəyyənləşdirilib və bundan başqa heç bir dəyişiklik baş verməyib.
Qeyd edək ki, İran Sərhəd Polisinin komandanı Hüseyn Zülfüqari bir müddət öncə ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında (İranda il mart ayının 21-də dəyişir) İran və Azərbaycan arasında sərhəddə mövcud olan mübahisəli ərazi ilə bağlı məsələyə toxunaraq demişdi ki, İran və Azərbaycan arasında Naxçıvan MR-in Culfa sərhəd keçid məntəqəsində körpünün üzərində mübahisəli ərazi var idi, müzakirələr nəticəsində bu ərazi ilə bağlı məsələ öz həllini tapdı və 44 metr sahə İran ərazisinə birləşdirildi.
H.Mömini deyib ki, Culfa sərhəd keçid məntəqəsində yeni körpünün üzərində sərhəd xəttinin müəyyənləşdirilməsi birgə protokol hazırlanaraq təyin olunub və yeni körpü fevral ayının 12-də istifadəyə verilib.
Onun sözlərinə görə, yeni körpünün istifadəyə verilməsi İran və Azərbaycanın sərhəd zonasında yaşayan əhalisinin rifahı və sərhədyanı əlaqələrin inkişafına müsbət rol oyanaya bilər.
Milli.Az
Siyasət
İranın Sərhəd Polisi Komandanlığı: "Azərbaycanla hər hansı sərhəd dəyişikliyi baş verməyib"
9 Aprel 2014 11:46
Baxış: 473
DİGƏR XƏBƏRLƏR
- ABŞ Bakıda həbsdə olan separatçıların cinayətkar olduğunu çox gözəl anlayır - Sevil Mikayılova - VİDEO
- Ağ Evin son zamanlarda sərgilədiyi münasibətlərdə təzyiq elementlərinin daha da kəskinləşdiyini görürük - Sevil Mikayılova - VİDEO
- Putin İlham Əliyev və Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək
- İlham Əliyev Rusiyaya səfərə gedib - VİDEO - FOTO
- Prezidentin adından saxta məlumat yayıldı - Rəsmi - FOTO
- Azərbaycana qarşı "informasiya savaşı": kim, necə, niyə? - ARAŞDIRMA
XƏBƏR LENTİ
- Bakıda "Land Rover" yeniyetməni vuraraq öldürdü
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar