Siyasət

Məzahir Əfəndiyev: "Dünya ictimaiyyəti Dağlıq Qarabağda narkotiklərin dövriyyəsinin qarşısını almaqda Azərbaycan qədər maraqlı olmalıdır"

8 Aprel 2014 15:53
Baxış: 884
Dünya ictimaiyyəti Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısını almaqda Azərbaycan qədər maraqlı olmalıdır.

Bu barədə Trend-ə BMT-nin Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev deyib.

M.Əfəndiyev qeyd edib ki, nə qədər ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətraf rayonlar Ermənistanın işğalı altındadır, nə qədər ki, həmin ərazilərdə Azərbaycan öz nəzarətini tam bərqərar etməyib və nə qədər ki, həmin ərazilər nəzarətsiz hesab olunur, heç şübhəsiz ki, həmin ərazilərdə narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, eləcə də qeyri-qanuni tranziti, hətta istehsalı baş verəcək: "Amma nəzərə alsaq ki, məhz həmin o qeyri-qanuni dövriyyədən əldə olunan gəlirlər separatizmin, terrorizmin daha da geniş miqyasda yayılmasına xidmət göstərir, tək Azərbaycan dövləti deyil, qonşu dövlətlər, eləcə də beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti öz narahatlığını ifadə etməli, bu istiqamətdə daha ciddi tədbirlər həyata keçirməli və Azərbaycan dövləti qədər də maraq nümayiş etdirməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.