Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi proqramına uyğun olaraq maliyyələşdirdiyi "Demokratik Siyasi İnstitut"un "Dondurulmuş münaqişələrin həlli üçün perespektivlər və siyasi cəhdlər" layihəsi çərçivəsində 11-13 aprel 2014-cü ildə Litvanın paytaxtı Vilnüsdə beynəlxalq konfrans keçiriləcək.
Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyünün pozulması və torpaqlarının qanunsuz işğalına həsr olunan konfransda sabiq SSRİ məkanında dondurulmuş münaqişələrin mümkün həlli mexanizmləri və perespektivləri müzakirə ediləcək.
Toplantıda münaqişə zonalarında baş verən kütləvi qırğınlar və Xocalı soyqırımının da ayrıca müzakirə olunması nəzərdə tutulur.
Konfransda Litvanın Xarici İşlər Nazirliyinin, QHT-lərinin, elmi təsisatlarının nümayəndələri, Avropa Parlamentinin üzvləri, 30-dan artıq millət vəkili, diplomatik korpus və KİV təmsilçiləri, münaqişələrin həlli üzrə tanınmış beynəlxalq ekspertlər iştirak edəcəklər.
Şuranın sədri, millət vəkili Azay Quliyev konfransda keçmiş Sovet məkanında mövcud olan analoji münaqişələr, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün pozulması faktı və konfliktin beynəlxalq hüququn prinsiplərinə əsaslanan həlli variantları ilə bağlı təkliflərini, doğma yurdlarından köçkün düşən 1 milyondan artıq azərbaycanlının pozulmuş hüquqlarını və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı ölkəmizin vətəndaş cəmiyyətinin mövqeyini səsləndirəcək.
Qeyd edək ki, Şura sədri A.Quliyevin konfransdan əvvəl Litva QHT-ləri ilə görüşərək birgə əməkdaşlığın perspektivlərini müzakirə edəcəyi də gözlənilir.
Milli.Az
Siyasət
QHT-lərə Dövlət Dəstəyi Şurası Litvada dondurulmuş münaqişələrlə bağlı konfrans keçirəcək
7 Aprel 2014 19:30
Baxış: 618
DİGƏR XƏBƏRLƏR
- ABŞ Bakıda həbsdə olan separatçıların cinayətkar olduğunu çox gözəl anlayır - Sevil Mikayılova - VİDEO
- Ağ Evin son zamanlarda sərgilədiyi münasibətlərdə təzyiq elementlərinin daha da kəskinləşdiyini görürük - Sevil Mikayılova - VİDEO
- Putin İlham Əliyev və Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək
- İlham Əliyev Rusiyaya səfərə gedib - VİDEO - FOTO
- Prezidentin adından saxta məlumat yayıldı - Rəsmi - FOTO
- Azərbaycana qarşı "informasiya savaşı": kim, necə, niyə? - ARAŞDIRMA
XƏBƏR LENTİ
- Corc qardaşının hazırkı vəziyyətindən danışdı - FOTO
- Bakıda "Land Rover" yeniyetməni vuraraq öldürdü
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO