Siyasət

AŞPA sədri: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dialoqa rəvac vermək lazımdır"

7 Aprel 2014 14:46
Baxış: 544
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dialoqa rəvac vermək lazımdır. Trend-in məlumatına görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri xanım An Brassör (Anne Brasseur) qurumun bazar ertəsi öz işinə başlayan yaz plenar sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyəti, eləcə də Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüşlərin bundan sonra da davam etdirilməsinə münasibət bildirərkən deyib.

A.Brassör qeyd edib ki, o bu parlament diplomatiyasını davam etdirməyə cəhd edir, çünki çox ciddi bir münaqişə mövcuddur və davam edir: "Danışmaq üçün hər bir fürsəti dəyərləndirmək lazımdır. Buna görə mən əvvəlki AŞPA sədrlərinin ənənəsini davam etdirməyə cəhd edəcəyəm. Həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətlərinin rəhbərlərini öz kabinetimə dəvət edəcəyəm. Bu işi davam etdirəcəyəm və onları birgə görüşlər keçirməyə inandıracağam. Dialoqa rəvac vermək lazımdır. AŞPA-nın bu sessiyasında ortaq məxrəcə gəlmək, hansı formada görüşmək və bu müzakirələri hansı əsaslar üzərində davam etdirmək üçün hər iki nümayəndə heyətlərinin rəhbərləri ilə fərdi şəkildə əlaqə qurmağa cəhd edəcəyəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.