Siyasət

Ukraynadakı azərbaycanlılar kimə səs verəcəklər? - VİDEO

3 Aprel 2014 19:23
0 Şərh     Baxış: 659

Ukraynada yaşayan azərbaycanlıların əksəriyyətinin hansı namizədə səs verəcəyi gələn həftə məlum olacaq

Ukraynada yaşayan azərbaycanlıların əksəriyyətinin mayın 25-də keçiriləcək növbədənkənar prezident seşkilərində hansı namizədə səs verəcəyinin gələn həftə məlum olacağı gözlənilir. Milli.Az xəbər verir ki, bunu El Televiziyasına Ukrayna Qarapapaq Türkləri Milli Şurasinin sədri Daşqın Gülməmmədov bildirib. O deyib ki, hazırda Ukraynada seçkilərə ciddi hazırlıq görülür. Bu ölkədə yaşayan azərbaycanlılar da bu prosesdə fəal iştirak etməyə qərar veriblər.

"Ukraynada yaşayan Azərbaycan və digər türkdilli xalqlar prezident seçkilərində aktiv iştirak etməyə qərar veriblər. Azərbaycan disapor təşkilatları, o cümlədən Ukraynada yaşayan qaqauzların, karainlərin, tatarların təşkilatlarının fəal ictimai xadimləri seçkilərdə iştirak edəcəklər. Konkret hansı namizədin dəstəklənməsi ilə bağlı məlumat gələn həftədən etibarən bilinəcək. Siyasi partiyaların hamısında Azərbaycan nümayəndələri var. Çox güman ki, seçkidə iştirak türkdilli xalqlar üçün gələcəkdə formalaşdırılacaq dövlət strukturlarına yol açacaq".

Milli.Az



 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.