Mobil telefon

Çinlilər 12 dollarlıq "ağıllı bilərzik" göstərdilər

23 İyul 2014 20:15
0 Şərh     Baxış: 1 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xiaomi şirkəti Mi 4 smartfonundan başqa, həmçinin Mi Band fitness bilərziyini nümayiş etdirib. Onun funksionallığı başqa istehsalçıların müvafiq qurğularına uyğun gəlir, amma yeni cihaz iki əsas özəlliyə (avtonom iş vaxtı və qiymət) malikdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Xiaomi Mi Band istifadəçinin fiziki aktivliyini izləyir, qət edilmiş addımların sayını hesablayır, həmçinin yuxu mərhələlərini müəyyən edir və ən müvafiq dövrdə insanı yuxudan oyada bilər. Bilərzik sukeçirməzdir və daxili Bluetooth 4.0 çipi vasitəsilə smartfonla məlumat mübadiləsi edir.

Çin istehsalçısı əmin edib ki, Mi Band bilərziyi bir ay müddətində avtonom işləyəcək. Qiyməti 12 dollar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.