Mobil telefon

WhatsApp-dan xəbər var

23 Aprel 2014 13:32
0 Şərh     Baxış: 2 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

WhatsApp messenceri istifadəçilərinin sayı 500 milyona çatıb. Bu haqda tətbiqin rəsmi saytında məlumat paylaşılıb. Braziliya, Hindistan, Meksika və Rusiyada daha sürətli artım qeydə alınıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, WhatsApp Facebook şirkəti tərəfindən satın alındıqdan sonra sosial şəbəkənin direktoru Mark Sukerberq məlumat verib ki, WhatsApp messencerinin təxminən 450 milyon istifadəçisi var və gündəlik təxminən 1 milyon istifadəçi qeydiyyatdan keçir. Xatırladaq ki, Facebook və WhatsApp arasında sazişin dəyəri nağd şəkildə 16 milyard dollar və səhmlərlə 3 milyard dollar təşkil edib.

Həmçinin məlumdur ki, messencerin istifadəçiləri gündəlik təxminən 700 milyon foto və 100 milyon videoçarx göndərirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.