Texnologiya

iPhone 5 çıxdı, BlackBerry çökdü

21 Sentyabr 2012 19:13
0 Şərh     Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Onlar smartfonu istehsal edən və istehlakçılara mobil xidmətlər göstərən "Research İn Motion" (RIM) korporasiyasının servislərindən yararlana bilməyiblər.

BBM, elektron poçt və internet xidmətləri çalışmırdı.
Milli.Az Gizmodo-ya istinadən bildirir ki, problem ən sərt şəkildə EMEA regionunda hiss olunub.

EMEA regionuna Avropa, Yaxın Şərq və Afrika daxildir.
Maraqlıdır ki, BlackBerry-nin problemləri iPhone 5 smartfonunun satışlarının başladığı vaxta, yəni bu günə təsadüf edib.

RİM korporasiyası Facebook və Twitter-dəki rəsmi akkauntlarında problemi təsdiqləyib.

Ötən il də şirkətin servislərində 3 günlük problem yaşanmış, BlackBerry servislərinin 70 milyon istifadəçisinin əsəbləri tarıma çəkilmişdi.

BlackBerry smartfonlarını istehsal edən "Research İn Motion" korporasiyası böhrandadır.

Bu ilin yanvarında şirkətin rəhbərliyi dəyişib və əvvəllər "Siemens Communications Group"da çalışmış Torsten Heyns korporasiyaya baş icraçı direktor təyin olunmuşdu.

Son vaxtlar RİM bazara konseptual smartfon modeli çıxara bilmədiyindən şirkətin satış həcmləri sürətlə aşağı düşməkdədir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.