Kulinariya

"Qəhvə dənələri" peçenyesi - FOTO

21 Noyabr 2015 07:00
10 Şərh     Baxış: 6 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Qəhvə dənələri" peçenyesinin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

60 q yumşaldılmış kərə yağı
3-4 x.q. xama
3 x.q. şəkər tozu
2 ç.q. kakao
1 x.q. təzə dəmlənib soyudulmuş qəhvə 
150 q un

Yağı şəkər tozu ilə çalın. 

Xama ilə qəhvəni əlavə edib qarışdırın. 

Un, kakao qatıb xəmir yoğurun. Plastilindən azca yumşaq olmalı, ələ yapışmamalıdır. Gərək olarsa, bir qədər də un qata bilərsiniz. 

Gilənar boyda kürələr hazırlayın, ortasından diş çöpü ilə basıb qəhvə dənəsi görkəmini verin. 

Perqament döşənmiş siniyə düzüb 200 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. 

Nuş olsun! 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.