Maraqlı

Məryəm kişilərin yanında başıaçıq gəzdi, qamçılana bilər - FOTO

24 Mart 2017 10:40
3 Şərh     Baxış: 3 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanında ictimai yerdə baş örtüksüz foto çəkdirən Məryəm Üzərli cəzalandırıla bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur aktrisa öz adını daşıyan kosmetika firmasının nümayişi üçün Səudiyyə Ərəbistanında olub və qadınlarla görüşüb.

Səfər boyunca qanunlara uyğun olaraq başı bağlı olan aktrisa son görüşdə başıaçıq foto çəkdirib. Belə ki, kişilərin də olduğu bir tədbirdə Üzərli və bir neçə ərəb qadın başı açıq oturub. Ölkə qanunlarına görə, ictimai yerlərdə, xüsusilə də kişilərin olduğu məkanlarda qadınların örtüksüz gəzməsi qəti qadağandır. Belə olduğu halda qamçılanmaq və buna bənzər bir çox ciddi cəzalar verilir.

Aktrisa ölkədən çıxana kimi həmin fotolar ölkə rəhbərliyinə çatsa, Uzərli cəzalandırıla bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.