Maraqlı

Ancelina Coli ağladı, boşanmadan danışdı - VİDEO - FOTO

20 Fevral 2017 15:37
2 Şərh     Baxış: 2 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur aktrisa, Hollivud ulduzu Ancelina Coli artıq sabiq əri, aktyor Bred Pittlə boşanma prosesindən danışıb.

Milli.Az bildirir ki, o, BBC News-a verdyi müsahibəsində çəkilişlərini Kambocada apardığı "Əvvəlcə onlar atamı öldürdülər" filmindən bəhs edib. Hazırda Kambocada olan A.Coli bu filmin rejissorudur.

Daha sonra 41 yaşlı aktrisa ilk dəfə olaraq Bred Pittlə boşanmasından bəhs edib.

"Ayrılmağımız hamı üçün ağır oldu. Buna rəğmən, əminəm ki, Bredlə ailə olaraq qalacağıq və bir-birimizi dəstəkləyəcəyik. Habelə uşaqlarımızı birlikdə böyüdəcəyik", - A.Coli deyib.

Bu sözləri deyəndə aktrisa kövrəlib, ağlayıb.

Ancelina Coli və Bred Pittin Şaylo, Vivyen və Noksla bahəm, övladlığa götürdükləri Meddoks, Zaxara və Paks adlı uşaqları var.

53 yaşlı Bred Pitt boşanma prosesi zamanı vəkillərinin sayəsində uşaqları ilə müşahidəçi psixoloq olmadan vaxt keçirmək hüququna nail olub. Aktyor indiyədək uşaqlarını iki dəfə yeni evinə aparıb.

Ancelina Coli ötən ilin sentyabrın 19-da boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.
A.Coli və B.Pitt 2005-ci ildən qeyri-rəsmi nikahda olublar, 2014-cü ildə evləniblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ancelina Coli boşanmadan danışdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.