Uşaqlıq, yeniyetməlik illərimdə sürəkli aşağılanır, lağ obyekti olurdum. Əvvəl məktəbdə, sonra liseydə qızlar mənə sataşır, ələ salır, "piy tuluğu" adlandırırdılar. İndisə hər şey dəyişib.
Milli.Az European-a istinadən bildirir ki, Danimarkanın Orhus şəhərində yaşayan Matilda Broberqin çəkisi 126 kq idi. O, sürəkli pəhriz və intensiv məşqlər sayəsində vücud ağırlığını faktiki olaraq yarıbayarı azaldıb.
Bir zamanlar "piy tuluğu" adlandırılan Matilda indi modeldir.
4 il ərzində o, 57 kq arıqlamağa müvəffəq olub.
İndi onun gündəlik rasionu 3500 kaloridən artıq deyil.
Matildanın çəkisi hazırda 57 kiloqramdır.
Milli.Az