Maraqlı

Bu gecə evdən çölə çıxmayın - XƏBƏRDARLIQ - YENİLƏNİB

16 Sentyabr 2016 18:12
32 Şərh     Baxış: 25 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:12

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov publika.az-a bildirib ki, ilin ikinci ay tutulması Bakı vaxtı ilə saat 21:57-də başlayıb, 01:54-də sona çatacaq. Bu tutulma Azərbaycanda da müşahidə ediləcək.

Tam tutulma olmadığına görə, onu adi gözlə müşahidə etmək çox çətin olacaq. 

----------

12:08

Sentyabrın 16-dan 17-nə keçən gecə Ay tutulması baş verəcək.

Milli.Az xəbər verir ki, bu astronomik hadisə ən çox Rusiya ərazisində müşahidə olunacaq.
 
Məlumata görə, Rusiyanın Avropa hissəsində və Qərbi Sibirdə Ay tamamilə tutulacaq. Uzaq Şərqdə isə qismən baş verəcək.
 
Ayın tutulması Moskva vaxtı ilə 19:54-də başlanacaq, saat 21:54-də maksimum həddə çatacaq. Ay tutulması 23:54-də başa çatacaq.
 
Rusiyalı münəccim Yelizaveta Nebesnaya deyib ki, Ayın tutulması metohəssas insanlara təsir edəcək.
 
"Xüsusilə məyusluq, pərişanlıq yaradır. Özünüzü stressdən uzaq tutun. Çalışın, həmin vaxt evdə, ailənizin yanında olasınız. İdmanla məşğul olmayın, ağırlıq qaldırmayın", - deyə o xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.