Maraqlı

Mahsuna sərt cavab: "Bilmədiyi işlərə burnunu soxur"

4 Fevral 2016 23:44
11 Şərh     Baxış: 2 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş nazir Ahmet Davudoğlunu vicdansızlıqda günahlandıran rejissor Mahsun Kırmızıgülə daha bir nazirdən sərt cavab gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ictimaiyyətlə əlaqələr, dənizçilik və xəbərləşmə naziri Binali Yıldırım Güneydoğuda baş vermiş terror hadisələrində Davudoğlunu günahlandıran Mahsuna belə cavab verib:
 
"Onun bu işlərdən başı çıxmaz. Getsin Amerikada film çəksin. Üzərinə düşməyən işlərə burnunu soxur. Ölkəsini çox sevirsə, gəlsin, Türkiyədə yaşasın".
 
Xatırladaq ki, Mahsun Kırmızıgül sosial şəbəkədə Ahmet Davudoğluna müraciət edərək "Necə bu qədər zalım ola bildin?" demişdi. Cavabında isə baş nazir "Zülm görmək istəyirsənsə, xəstəxanada ziyarət etdiyim 8 yaşlı Səidin gözlərinə bax" söyləmişdi.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.