Maraqlı

Erməni dayəyə görə boşandılar - FOTO

30 İyul 2015 21:44
2 Şərh     Baxış: 2 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivudun nümunəvi ailələrindən sayılan Ben Afflek və Cennifer Qarnerin boşanması ilə bağlı müzakirələr bitmir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Ben Afflekin uşaqların dayəsi ilə yaxınlaşması ayrılığa əsas səbəb kimi göstərilir. 42 yaşlı aktyor boşanma qərarının ardından 28 yaşlı Kristina Ouzonianla münasibətlərini gizlətməməyə başlayıb.

İddialara görə, məşhur cütlük Beverli Hillzdə bir uşaq baxıcısı agentliyində işləyən Kristinanı üç uşaqları - Violet, Serafina və Samuelə baxması üçün işə götürüb.
 
Bundan sonra Afflek ilə dayənin aktyorun Los-Ancelesdə kirayələdiyi evdə tez-tez görüşdüyü deyilir. Kristinanın yaxın dostları onların əsl sevgi yaşadığını deyib. Bir müddət əvvəl paparassilərin hədəfinə düşən Ben və dayə iddiaları qəbul etməyiblər.

Qeyd edək ki, 10 ildir evli olan B.Afflek və C.Qarnerin boşanmasına səbəb olan Kristinanın ABŞ-da yaşayan erməni əsilli Ouzonianlar ailəsinin üzvü olduğu deyilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.