Maraqlı

Parlaq qırmızı Range Rover Vogue - FOTO

23 İyul 2014 20:47
0 Şərh     Baxış: 5 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
A. Kahn Design tüninq emalatxanası Range Rover Vogue premial yolsuzluq avtomobilinin yeni əlavələrlə işlənmiş 600-LE satışsonrası tüninq paketini təqdim edib. Adətən bu staylinq-komplekti ilə təchiz edilən avtomobillər sakit və tünd tonlarda təqdim edilir. Lakin təqdim edilmiş son nümunə parlaq qırmızı rəngdə icra edilib. Bu rəng çaları iri yolsuzluq avtomobilini idman notlarına malik zərif dizaynla tamamlayaraq onun bütün məziyyətlərini çox yaxşı gözə çarpdırır.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, təkcə kuzovun iki rəngli boyanması və 23 düymlük gümüş RS600 diskləri avtomobili daha çox diqqətçəkici və cəlbedici edir. Bundan başqa Range Rover 600-LE həmçinin karbon taxmalı yeni qabaq bamper, torlu idman radiator barmaqlığı, iki spoyler və arxa bamperdə karbon diffuzor və onun hər iki yanından çıxmış paslanmayan metaldan Crosshair Quad xaricetmə sistemi ilə də təchiz edilib.

Salonda kürsülər, mərkəzi dirsəkaltı və qapı kartları yenidən dəri ilə üzlənib. Orijinal taxta lövhələri saxlamaqla tünerlər onları metal aksessuarlarla, o cümlədən alüminium pedallar və qapı kəndarlarının paslanmayan metal üstlükləri ilə tamamlayıblar.

Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.